Peşəkar fəalliyətinizi rəqəmsallaşdırın
DoktorRandevu
Praktik fəaliyyətinzi rəqəmsallaşdırın.
Rəqəmsallaşma yalnız pasiyent məlumatlarının elektron saxlanılması deyil. Randevudan qəbula qədər təkrarlanan proseslərin avtomatlaşdırılmasıdır. DoktorRandevu ilə pasiyentlər uyğun boş vaxtı görərək 24/7 onlayn randevu ala bilir. Randevular vahid təqvimdə idarə olunur, qəbul vaxtı yaxınlaşdıqda isə pasiyentə avtomatik WhatsApp və Telegram xatırlatmaları göndərilir.

Anamnez formları isə vasitəsilə pasiyent şikayəti, əvvəlki xəstəlikləri, istifadə etdiyi dərmanlar, allergiyalar və digər məlumatları qəbuldan əvvəl qeyd edir. Randevunu önə almaq funksiyası isə daha erkən tarixdə boş vaxt yarandıqda bunu mövcud randevusu olan uyğun pasiyentə avtomatik təklif edir. Pasiyent daha tez qəbul imkanı əldə edir, boşalan vaxtın yenidən doldurulması üçün isə hər pasiyentlə ayrıca əlaqə saxlamağa ehtiyac azalır. Beləliklə, randevu, xatırlatma, qəbulöncəsi məlumatların toplanması və boş vaxtların yenidən doldurulması vahid rəqəmsal prosesə çevrilir.
Aktual suallar:
Satınalma necə mümkündür?
Hazırda satış menecerimiz vasitəsilə abunə ola bilərsiniz. Oktyabrın əvvəlindən etibarən isə onlayn şəkildə kartla abunəlik əldə etmək mümkün olacaq.
Məndən başqa assistentim və klinikada qeydiyyatçı istifadə edərsə, qiymət necə hesablanır?
Qiymətləndirmə cihaz və istifadəçi sayına görə deyil, 1 həkim abunəliyi üzrə hesablanır. Həkim, assistent və klinikadakı qeydiyyatçı sistemi əlavə ödəniş olmadan istifadə edə bilər.
Abunəliyimi istənilən vaxt dayandıra bilərəm? Bəli. Abunəliyinizi istənilən vaxt dayandıra bilərsiniz.



Yorumlar