Pasiyentləriniz üçün asan qeydiyyat
DoktorRandevu
Pasiyentləriniz üçün daha rahat qeydiyyat təcrübəsi
Pasiyentin qəbul təcrübəsi klinikaya gəldiyi anda deyil, randevu almaq istədiyi anda başlayır. Uyğun vaxtı öyrənmək üçün zəng etmək, cavab gözləmək və ya WhatsApp-da bir neçə dəfə yazışmaq isə qeydiyyat prosesini həm pasiyent, həm də həkim və assistent üçün uzada bilər. DoktorRandevu pasiyentin bu prosesi daha rahat və müstəqil şəkildə tamamlamasına imkan verir.

Həkimin randevu linkinə daxil olaraq qeydiyyat üçün açıq gün və saatları görür, özünə uyğun vaxtı seçir və bir neçə addımda randevusunu tamamlayır. Qeydiyyatdan sonra pasiyent randevu məlumatlarını WhatsApp vasitəsilə əldə edir. Qəbul vaxtı yaxınlaşdıqda avtomatik xatırlatma göndərilməsi pasiyentin randevunu unutması ehtimalını azaltmağa kömək edir. Planında dəyişiklik yarandıqda isə randevunun dəyişdirilməsi və ya ləğv edilməsi üçün yenidən zəng və uzun yazışmalara ehtiyac azalır. Pasiyent istədiyi vaxt üçün boş yer tapa bilmədikdə proses bununla bitmir. Gözləmə siyahısına qoşularaq uyğun vaxtın açılmasını gözləyə bilər. Daha sonra boş qəbul saatı yarandıqda həmin imkan gözləmədə olan pasiyentlərə təqdim olunur. Artıq randevusu olan pasiyentlərə isə həkimin qrafikində daha erkən boş vaxt yarandıqda avtomatik mesaj göndərilir. Beləliklə, pasiyent randevu almaq üçün həkimin və ya assistentin cavab verməsini gözləmədən prosesin böyük hissəsini özü idarə edə bilir. Həkim tərəfdə əlavə yazışma və zənglərin sayı azalır, pasiyent üçün isə daha aydın və rahat qeydiyyat təcrübəsi yaranır. Nəticədə DoktorRandevu yalnız həkimin təqvimini rəqəmsallaşdırmır, pasiyentin randevu almaqdan qəbul gününə qədər keçdiyi yolu da sadələşdirir. Daha rahat qeydiyyat, vaxtında məlumatlandırma və daha az gözləmə. Bütün bunlar daha peşəkar xidmət təcrübəsi və daha yüksək pasiyent məmnuniyyəti yaratmağa kömək edir..
Aktual suallar:
Hansı vaxtların qeydiyyatda açıq olacağını özüm müəyyən edə bilərəm?
Bəli. İş qrafikinizə uyğun qəbul günləri və saatları müəyyən edilir. Pasiyent yalnız qeydiyyat üçün açıq olan boş vaxtları görür.
Pasiyent qəbuluna kimi hansı işləri avtomatlaşdırmaq olur?
Pasiyentin qeydiyyatı, randevu məlumatlarının göndərilməsi, qəbulöncəsi xatırlatmalar, anamnez məlumatlarının toplanması və uyğun pasiyentlərə boşalan vaxtların təklif edilməsi və qəbul prosesinin rutin mərhələləri avtomatlaşdırıla bilər.



Yorumlar